Rusiya Hərbi Hava Qüvvələri Krım, Tatarıstan, Belqorod vilayətləri və Xəzər dənizi üzərində iki saat ərzində 10 Ukrayna PUA-sını vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukraynanın işğal edilmiş Krım bölgəsi üzərində 5, Tatarıstanda 3, Belqorodda 1 və Xəzər dənizi üzərində 1 PUA məhv edilib.
Azərbaycanla ABŞ arasında “strateji tərəfdaşlıq haqqında xartiya”nın imzalanması gözlənildiyi kimi, Rusiya mediasında ciddi reaksiya doğurub-nələr yazılır?
ABŞ vitse-prezidenti J.D. Vensin Bakıya səfəri və Azərbaycanla “strateji tərəfdaşlıq haqqında xartiya”nın imzalanması gözlənildiyi kimi Rusiya mediasında ciddi reaksiya doğurub.
Musavat.com xəbər verir ki, ilk olaraq dzen.ru saytı bununla bağlı geniş təhlil yazıb.
“Vensin səfəri bütün postsovet məkanında geosiyasi gərginliyin artması fonunda baş tutmasaydı və Bakının "strateji tərəfdaşlıq haqqında xartiya" adlandırdığı sənədin imzalanması olmasaydı, çox da diqqət çəkməzdi. Qapalı qapılar arxasında keçirilən rəsmi mərasim bir çox suallar doğurdu: tərəflər hansı öhdəlikləri götürdülər, Vaşinqton və Bakı yaxınlaşması niyə indi baş verir və bu diplomatik fəaliyyətin arxasında hansı maraqlar dayanır? Vensin ənənəvi olaraq Rusiyanın təsir dairəsi hesab edilən bir bölgəyə səfəri təsadüfdür, yoxsa Moskvaya ABŞ-ın postsovet məkanında yeni tərəfdaşlar axtardığına dair qəsdən verilən siqnaldır?”-dzen.ru-nun təhlilində belə deyilir.
Qeyd olunur ki, Avropanı Asiya ilə birləşdirən neft kəmərləri və nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan, bölgədə təsir axtaran istənilən güc üçün strateji əhəmiyyət daşıyır: “Sovet İttifaqının dağılmasından sonra Bakı Rusiya, Qərb və Türkiyə və İran kimi regional güclər arasında ardıcıl olaraq balans yaratmış, öz üstünlüyünü maksimum dərəcədə artırmışdır. İlham Əliyevin 20 ildən artıqdır ki, həyata keçirdiyi bu çoxvektorlu siyasət, Azərbaycana heç bir güc mərkəzindən tamamilə asılı olmadan nisbi müstəqilliyini qorumağa imkan verib.
Lakin Ukrayna münaqişəsi və qlobal ittifaqların yenidən qurulması fonunda bu strategiya ciddi şəkildə sınaqdan keçirilir”.
Qeyd olunur ki, ənənəvi olaraq Cənubi Qafqazı öz maraq zonası kimi görən Rusiya Bakıya getdikcə daha çox təzyiq göstərir: “Ukraynadakı müharibə və sonrakı sanksiyalar Azərbaycanın daha qətiyyətli seçimlər etmək məcburiyyətində qaldığı yeni bir reallıq yaratdı. İndi Azərbaycan enerji müstəqilliyi axtaran Avropa ölkələri üçün cəlbedici tərəfdaşdır. Bunu Vaşinqtonun Bakıya artan diqqətini və bu yaxınlara kimi ağlasığmaz görünən "strateji tərəfdaşlıq" haqqında Əliyevə sənədlər təqdim etməyə hazır olduğu da təsdiqləyir”.
Rusiya saytı iddia edir ki, Bakıya səfər üçün Vensin seçilməsi təsadüfi deyil və Amerika daxili siyasətinin kontekstini anlamağı tələb edir: “Amerika sistemində nisbətən yeni və əsasən simvolik vəzifə olan vitse-prezident ənənəvi olaraq təmsilçi funksiyaları yerinə yetirir, lakin Vens yeni administrasiyada sələflərindən daha aktiv rol oynayır. Vens indi xarici siyasət məsələlərinin həlli üçün görəvləndirilir və bu, Trmpın öz müavininə olan etimadını nümayiş etdirir”.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Real Partiyasının sədri Natiq Cəfərlidir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.