Dəmir yumruq » Dünya » Ermənistanda ƏMƏLİYYAT: 5 müxalifətçi SAXLANILDI
Dünya / 11-02-2026, 09:09

Ermənistanda ƏMƏLİYYAT: 5 müxalifətçi SAXLANILDI

 

Ermənistanın Armavir vilayətinin Vaqarşapat şəhəri Şurasının “Qələbə” (“Ağtanak”) fraksiyasının rəhbəri Sevak Xaçatryan ölkədə beş müxalifətçinin saxlanıldığını bildirib.

Demiryumruq.az xəbər verir ki, bu barədə Xaçatryan Facebook”  səhifəsində yazıb:

"Səhər saatlarından etibarən Vaqarşapatda müxtəlif müxalifət mövqeyinə malik şəxslərə qarşı repressiyalar başlayıb. Axtarışlar və həbs əməliyyatları davam edir. Məlumatımıza görə, indiyədək beş nəfər saxlanılıb".

Ermənistanın İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan TASS agentliyinə açıqlamasında bildirib ki, yaxın vaxtlarda istintaq orqanı məsələyə dair rəsmi bəyanat verəcək. 

"Həbs əməliyyatları bizim səlahiyyətimizə daxildir. Bir qədər sonra bu barədə açıqlama verəcəyik", - o deyib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.