Dəmir yumruq » Dünya » Tramp İrana xəbərdarlıq etdi
Dünya / 11-02-2026, 07:01

Tramp İrana xəbərdarlıq etdi

 

Vaşinqton və Tehran islam respublikasının nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana qarşı sərt tədbirlər görəcək.
 
Demiryumruq.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Axios"a verdiyi müsahibədə bildirib.
 
"Ya razılaşma əldə edəcəyik, ya da ötən dəfə olduğu kimi sərt tədbirlər görməli olacağıq", - D.Tramp deyib.
 
Qeyd edək ki, Ağ Ev rəhbəri Yaxın Şərqə ikinci aviadaşıyıcı göndərmək niyyətində olduğunu da açıqlamışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.