Dəmir yumruq » Dünya » İran-ABŞ danışıqları ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Dünya / Bugün, 07:28

İran-ABŞ danışıqları ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

 

Pakistan iki ölkə arasında gərginliyin azaldılmasına yönəlmiş İran-ABŞ dialoqunda iştirak edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Əndrabi PTV-yə bildirib.

Onun sözlərinə görə, Pakistan İran-Amerika məsləhətləşmələrinə dəvət olunub və İslamabadın mövqeyi "danışıqlar zamanı nəzərə alınacaq".

Diplomatik mənbə "Dawn" qəzetinə bildirib ki, Pakistanın iştirakı "gərginliyin azaldılmasında həlledici amil kimi qəbul edilir, çünki İslamabad danışıqlar prosesini asanlaşdırmaq üçün səssizcə çalışır".

Mənbə əlavə edib ki, Pakistanın mövqeyini qarşıdan gələn görüşdə xarici işlər naziri İshaq Dar səsləndirəcək.

Daha əvvəl Axios" xəbər agentliyi mənbəyə istinadən Vaşinqton administrasiyasının Omanda İran nümayəndələri ilə danışıqlar aparmağa razılıq verdiyini bildirib. Məsləhətləşmələrin fevralın 6-da keçirilməsi gözlənilir.

Qeyd edək ki, yanvarın 26-da ABŞ prezidenti Donald Tramp İrana doğru "nəhəng bir armada"nın irəlilədiyini elan edib. O, Tehranın danışıqlar masasına oturub nüvə silahlarından tamamilə imtina etməyi nəzərdə tutan "ədalətli və bərabər" bir razılaşmaya çatacağına ümid etdiyini bildirib. İran Trampın sözlərinə ABŞ-nin və onun Yaxın Şərqdəki müttəfiqlərinin bütün hərbi infrastrukturuna təhdidlə cavab verib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.