Dəmir yumruq » Dünya » Putin Trampın xahişini yerə salmadı
Dünya / Dün, 16:36

Putin Trampın xahişini yerə salmadı

 

"Rusiya Prezidenti Vladimir Putin Kiyevə zərbələri 1 fevral tarixinədək dayandırmağa razılıq verib”​.
Demiryumruq.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
 
“ABŞ Prezidenti Donald Tramp danışıqlar üçün əlverişli şərait yaratmaq məqsədilə Prezident Putindən bir həftəlik, 1 fevral tarixinədək Kiyevə zərbələr endirməməyi şəxsən xahiş edib”, - Peskov deyib. 
 
Rəsmi Kiyev isə Rusiya tərəfinin Ukraynanın enerji obyektlərinə hücumları dayandırması halında eyni addımı atacaqlarını açıqlayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.