Dəmir yumruq » Dünya » Ərdoğan Trampla Xameneini görüşdürmək istəyir
Dünya / Bugün, 09:36

Ərdoğan Trampla Xameneini görüşdürmək istəyir

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla apardığı telefon danışığının bəzi detalları açıqlanıb.

Demiryumruq.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, yanvarın 28-də gerçəkləşən telefon danışığı zamanı Ərdoğan Trampla İran məsələsini də müzakirə edib.

Danışığın tam təfərrüatı açıqlanmasa da, “Hürriyet” liderlər arasında baş tutan söhbətlə bağlı bəzi məlumatlar əldə edib.

Qeyd olunur ki, prezident Ərdoğan Trampa deyib: “Gəlin sizi İranla əlaqələndirək, telekonfrans vasitəsilə Tehran rəsmilərilə danışın”.

Trampın bu təklifə müsbət cavab verdiyi bildirilir.

Türkiyə mediası prezident Ərdoğanın ABŞ-İran gərginliyini danışıqlar yolu ilə həll edə biləcəyinin mümkünlüyünü yazıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.