Amerikanın analitik mərkəzi CSIS Ukrayna və Rusiyanın müharibə başlayandan indiyədək olan itkilərini qiymətləndirib.
Musavat.com xəbər verir ki, mərkəzin hesabatına görə, Ukraynanın ümumi itkiləri (öldürülən, yaralanan və itkin düşənlər) 500-600 min nəfər arasında dəyişir.
Ukrayna hərbçilərinin ölüm sayı isə təxminən 100-140 min nəfərdir.
Analitiklərin qiymətləndirməsinə görə, Rusiyanın itkiləri 1,2 milyon nəfərə qədər çata bilər və onların təxminən 325 mini öldürülüb.
CSIS vurğulayır ki, bu rəqəmlər ümumilikdə açıq mənbələrə əsaslanan jurnalist və könüllülərin apardığı hesablamalarla üst-üstə düşür. Lakin yaralanmışların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki etibarlı məlumat çatışmır və bir çox hərbçilər müalicədən sonra yenidən döyüş zonasına qayıdır.
Hesabatda həmçinin qeyd olunur ki, İkinci Dünya müharibəsindən bəri heç bir böyük dövlət silahlı münaqişələrdə bu qədər itki verməyib.
Demiryumruq.az