Dəmir yumruq » Dünya » Paşinyanın təhlükəsizliyi gücləndirilib - Sui-qəsd edilə bilər
Dünya / Bugün, 09:31

Paşinyanın təhlükəsizliyi gücləndirilib - Sui-qəsd edilə bilər

 

Ermənistanda parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, Baş nazir Nikol Paşinyana təzyiqlər də artır.

Rusiyameyilli qüvvələr, Qarabağdakı məğlubiyyəti həzm edə bilməyən revanşistlər, Erməni Apostol Kilsəsinin idarə etdiyi kəsim, eləcə də Nikol Paşinyanın hakimiyyətdən getməsində maraqlı olan bəzi diaspor təşkilatları Baş naziri gözdən salmaq istiqamətində fəaliyyəti gücləndiriblər. Bu işdə müxalifyönlü mətbuat da fəallaşıb.

Demiryumruq.az xəbər verir ki, bu barədə hökumətə yaxın mənbələrin məlumatlarında bildirilib.

Məsələn, müxalifyönlü “Hraparak” nəşri iddia edir ki, Nikol Paşinyanın cəmiyyətdəki reytinqi indiyədək ən aşağı həddə düşüb.

Hökumətyönlü mediada isə Nikol Paşinyanın həyatına ciddi təhlükələrin mövcud olduğu barədə iddialar yer alır. Bu səbəbdən də Baş nazirin təhlükəsizliyinin gücləndirildiyi qeyd olunur.

Təsadüfi deyil ki, yanvarın 27-də İrəvandakı “Yerablur” hərbi panteonunu ziyarət edən Baş nazirin təhlükəsizliyini həmişəkindən daha çox mühafizəçi qoruyub ki, bu da ictimaiyyətin diqqətindən qaçmayıb. Hətta “Yerablur” məzarlığının ətrafına snayperlər belə yerləşdirilib. Halbuki əvvələr snayperlərdən istifadə olunmayıb.

Məlumatlarda bildirilir ki, Baş nazirin ətrafında görülmüş təhlükəsizlik tədbirlərinə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunub.

Ermənistanda parlament seçkiləri bu ilin iyununda keçiriləcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.