Fransa 90 milyard avroluq yardım paketinin bir hissəsi olaraq Ukrayna Silahlı Qüvvələri üçün Böyük Britaniyadan uzunmənzilli "Storm Shadow" raketlərinin alınmasına qarşı çıxıb.
Musavat.com xəbər verir ki, məlumatı "The Daily Telegraph" qəzeti yayıb.
Qəzetin məlumatına görə, bu yardım paketi çərçivəsində Kiyev üçün silah alarkən üstünlük Aİ şirkətlərinə verilməlidir. Baltikyanı və Skandinaviya dövlətləri, eləcə də Polşa, Rumıniya, Çexiya və Niderlanddan ibarət bir koalisiya Ukraynanın "hərbi krediti" üçün qaydaların yumşaldılmasını dəstəkləyib ki, bu da Kiyevə Böyük Britaniyadan silah almağa imkan verəcək. Lakin Paris Aİ şirkətlərinə üstünlük verməyi təklif edir.
Anonimlik şərti ilə jurnalistlərlə danışan bir diplomat Fransanı bu təkliflərin "açıq-aşkar əleyhdarı" adlandırıb. Məqalədə deyilir ki, Britaniya diplomatları Aİ nümayəndələri ilə danışıqlar aparır, lakin onlardan həmçinin Fransanın təhlükəsizlik məsələləri ilə məşğul olan komitələrdə əhəmiyyətli təsirə malik olduğu Avropa Komissiyası və Avropa Parlamenti ilə daha fəal əlaqə qurmaları tələb olunur.
"The Daily Telegraph" Ukrayna hərbi məlumatlarına istinad edərək, onların Aİ-yə daxil olmayan silahlara olan ehtiyacının 24 milyard avro dəyərində olduğunu təxmin edir. Bu silahlara ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə raket sistemləri və PAC-3 raketləri, eləcə də qəzetin qeyd etdiyi kimi, Avropa ölkələrinin Kiyevə tədarük etməsinin ehtimal olunmadığı uzaqmənzilli raketlər daxildir. Koalisiya hesab edir ki, belə bir halda Britaniya özünün "Storm Shadow" raketlərini Ukraynaya ötürə bilər.
Demiryumruq.az