Dəmir yumruq » Dünya » İrana HÜCUM SSENARİSİ açıqlandı: Vurulacaq hədəflər BUNLARDIR
Dünya / Bugün, 08:17

İrana HÜCUM SSENARİSİ açıqlandı: Vurulacaq hədəflər BUNLARDIR

 

ABŞ-ın İrana potensial hücum üçün istifadə edilə biləcək məhdud hərbi resursları var.

Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Bundan əlavə, bu resurslar Vaşinqtonun ötən yay Yaxın Şərqdə sahib olduğu resurslardan daha azdır.

Nəşr qeyd edir: “ABŞ prezidenti hələ də İran rəhbərliyinə və ya hərbi obyektlərinə hava hücumları əmri verə bilər. Lakin onun seçimləri ABŞ-ın İranın nüvə obyektlərini məhv etdiyi iyun ayında olduğundan daha məhduddur.

Mövcud vəziyyətin izahı çox sadədir: ABŞ gəmilərinin və qoşunlarının əhəmiyyətli bir hissəsi əvvəllər Venesuela səbəbindən Karib dənizinə köçürülmüşdü. Qalan Amerika qüvvələri isə Asiya-Sakit Okean bölgəsinə qayıdıb”.

“Nüvə Silahına qarşı İran Birliyi” Təşkilatı (United Against Nuclear Iran) 50 hədəfi əhatə edən dosye hazırlayaraq, yanvarın 13-də təhlükəsizlik iclasından əvvəl Ağ Evə təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Sənədə etirazların zorakı şəkildə yatırılmasının əsas mərkəzi kimi tanınan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Sərallah” Qərargahının dəqiq koordinatları da daxildir. Bu qərargah faktiki olaraq hərbi komandanlıq mərkəzi rolunu oynayır və polis qüvvələrinin əməliyyat nəzarətini öz əlində cəmləşdirir.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.