Dəmir yumruq » Dünya » Ermənilərdən Trampa HƏYASIZ çağırış: Azərbaycan Ordusunu GERİ çək!
Dünya / Bugün, 07:26

Ermənilərdən Trampa HƏYASIZ çağırış: Azərbaycan Ordusunu GERİ çək!

 

“Prezident Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq səyləri ilə öyünür, lakin hələlik o, Bakının ekspansionist təcavüzünə yol verir”.

Musavat.com yazır ki, bu əbləh fikirlər “Birlik Qanadları” siyasi təşəbbüsünün rəhbəri və Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın “Vaşinqton taymz” qəzetində dərc olunmuş məqaləsində yer alıb. 

Onun sözlərinə görə, “əksəriyyət münaqişə haqda düşünəndə diqqəti mübahisəli Dağlıq Qarabağ bölgəsinə yönəldirlər. Bu bölgə Azərbaycanın postsovet sərhədində yerləşən və Bakının işğal etdiyi və etnik təmizləməyə məruz qoyduğu bir erməni anklavıdır. Lakin başqa bir aspekt də var: 2021-ci ildən bəri Azərbaycan silahlı qüvvələri Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədini keçərək onun suveren ərazisində mövqe tutublar”, - deyə Tatoyan başından böyük qələtlər edib.

Onun iddialarına görə, bu gün Azərbaycan Ermənistan ərazisinin 125 kvadrat mildən çox hissəsində, Sünik və Geğarkunik sərhəd bölgələrində yerləşdirilməkdə davam edir.
Geniş yazıda Tatoyan Trampı "Azərbaycanın Ermənistan ərazilərini işğal etməsinə icazə verməməyə" çağırıb.

Bu sarsaq eks-ombudsman əvvəla qanmır ki, Qarabağ mübahisəli ərazi deyil, Ermənistan lideri Azərbaycan ərazisi olduğunu təsdiq edib, 8 avqustda da sülh mətni paraflanıb. İkincisi, Qarabağdan ermənilərin guya qovulduğu barədə 3 ildir davam edən çeynənmiş fikirlərə artıq onların havadarları da inanmır. O ki qaldı Azərbaycan Ordusunun nəzarət bəzi strateji yüksəkliklərə, sərhədlər dəqiqləşməyib, şərtidir və delimitasiya prosesi gedir. Ona görə Tatoyan sübut etməlidir ki, həmin nöqtələr Ermənistana aiddir. Əgər həmin ərazilərin delimitasiya çərçivəsində xəritəyə əsasən Ermənistan olduğu təsdiqini taparsa, şübhəsiz ki, məsələ həllini tapacaq. Lakin işin yeganə tərəfi Tatoyanın ABŞ nəşrində bu sərsəm fikirlərinə yer verilməsi və oradan Trampa müraciət etməsidir.

Hərbi ekspert Ramil Məmmədlinin Musavat.com-a dediyinə görə, Tatoyan vaxtaşırı avantürist çıxışlarla gündəmə gəlmək istəyir.

Onun sözlərinə görə, keçmiş ombudsman əsassız danışıb və yeni heç nə deməyib:

"Bu şəxsin Trampa çağırışı isə gülməlidir və diqqəti cəlb etmək cəhdidir. Tramp iki ölkə arasında barışığa nail olduğunu bildirir, Tatoyan həyasızcasına bizi işğalçı adlandırır. Ölkəsinin işğalçı mahiyyətindən utanmalı olan Tatoyan hələ bizi ittiham edir. Qarabağı 30 il işğalda saxlayan oğrular elə bağırır ki, doğru yalançı görünsün. Amma heç bir əndazəyə sığmayan bu çıxışlara nə Tramp, nə başqa lider əhəmiyyət verər".

Donald Tramp Qafqaza sülh gətirir » Far.az - Azərbaycan Xəbərləri

Hərbi ekspert deyib ki, Azərbaycan Ordusunun nəzarət etdiyi ərazilər Ermənistana aid deyil və kifayət qədər mühüm strateji əhəmiyyəti var:

“Azərbaycan əsgəri oradan geri çəkilməyəcək. Həmin ərazilərin ermənilərə aidiyyatı olsaydı, delimitasiya işi aparılardı. Əgər Paşinyan hakimiyyəti bunu demirsə, Tatoyan diqqət çəkmək üçün belə danışır. Azərbaycanın heç kəsin ərazisində gözü yoxdur. Ermənilər isə işğalda olan 4 kəndimizi də qaytarmalıdır və ordumuzun nəzarətinə keçməlidir. Tatoyan gedib bundan danışsın. Qarabağ məsələsi isə çoxdan qapanıb və bu haqda Amerika mətbuatında çıxış etmək gülüncdür".

Emil Salamoğlu


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.