Dəmir yumruq » Dünya » TƏCİLİ! Hərbi əməliyyat BAŞLADI - Əhaliyə vaxt verildi - FOTO
Dünya / Dün, 08:52

TƏCİLİ! Hərbi əməliyyat BAŞLADI - Əhaliyə vaxt verildi - FOTO

 

PKK/YPG terror təşkilatının Suriya qolu olan SDF-nin Suriya ordusuna inteqrasiyası üçün danışıqların davam etdiyi bir vaxtda Hələb xaosa qərq olub.

Musavat.com xəbər verir ki, Hələbdə SDF-nin nəzarətində olan məhəllələrdən edilən hücumlardan sonra Suriya Müdafiə Nazirliyi məhdud əməliyyat başlatdığını açıqlayıb.

ABŞ tərəfindən dəstəklənən SDF-nin Suriya ordusuna inteqrasiyası ilə bağlı heç bir irəliləyiş əldə olunmasa da, PKK-nın Əşrəfiyyə və Şeyx Maqsud olmaqla iki məhəlləsini tutduğu Hələb şəhərində gərginlik artıb.

Suriya xəbər agentliyi SANA-nın məlumatına görə, SDF-nin əvvəlki gün Hələbdə həyata keçirdiyi hücumda 3 əsgər və 5 mülki şəxs (2-si qadın) həlak olub, 9-u uşaq olmaqla 31 mülki şəxs yaralanıb. Suriya İnformasiya Nazirliyinin Xarici Media İdarəsinin məlumatına görə, son bir ayda terror təşkilatının hücumlarında 20-dən çox mülki şəxs və 25-dən çox əsgər həyatını itirib, 150-dən çox insan yaralanıb.

SDF ötən axşam Şeyx Maqsud və Əşrəfiyyədəki ordu mövqelərini hədəfə alıb. Pilotsuz təyyarə hücumlarında 3 əsgər həlak olub. Dekabr ayında Suriya qüvvələri Maqsud və Əşrəfiyyədəki terrorçu mövqelərini tanklarla bombalamışdı. Hökumət terrorçuların qisas aldığına inanır. Digər tərəfdən, SDF mülki şəxsləri öldürmədiklərini və hökumət qüvvələrinin yaşayış məntəqələrini hədəf aldığını iddia edir.

Suriya ordusu Hələb bölgəsindəki bütün SDF mövqelərini hərbi hədəf elan etmiş və dünən saat 15:00-a qədər mülki şəxslərin təxliyə olunması üçün vaxt vermişdi. Lakin Suriya ordusu SDF-nin təxliyə zamanı mülki şəxslərə də atəş açdığını bildirib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.