Dəmir yumruq » Dünya » ABŞ-dan Rusiya ilə bağlı AÇIQLAMA: Putini məsxərəyə qoydular
Dünya / Dün, 09:03

ABŞ-dan Rusiya ilə bağlı AÇIQLAMA: Putini məsxərəyə qoydular

 

ABŞ-ın müharibə naziri Pit Heqset Rusiyanın hava hücumundan müdafiə sistemləri ilə bağlı istehzalı açıqlama verib.

Musavat.com xəbər verir ki, nazir Venesuelada baş verən son hadisələr fonunda Moskvanın “analoqu olmayan silah” iddialarını faktiki olaraq puça çıxarıb.

Heqset bildirib ki, üç gecə əvvəl Venesuelanın paytaxtı Karakasın mərkəzində ABŞ-ın təxminən 200 nəfərlik elit qüvvəsi əməliyyat həyata keçirib. O, bu məqamda istehzalı şəkildə “Görünür, Rusiya HHM-i elə də yaxşı işləməyib, elə deyilmi?” deyə vurğulayıb.

Nazirin bu açıqlaması beynəlxalq mediada və sosial şəbəkələrdə geniş rezonans doğurub. Artıq iki gündür dünya ictimaiyyəti Rusiyanın Nikolas Maduronu guya “sarsılmaz” şəkildə qoruması ilə bağlı istehzalı şərhlər paylaşır.

Şərhçilər qeyd edirlər ki, Kreml rəhbərliyinin Venesuelaya verdiyi hərbi dəstək real vəziyyətdə gözlənilən effekti verməyib. Bir çox analitik isə vəziyyəti məşhur ifadə ilə ümumiləşdirir: “Belə dostlarla düşmənə ehtiyac yoxdur.”

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.