Dəmir yumruq » Dünya » Rusiya ordusu Afrikaya girdi: İki baza MƏHV EDİLDİ
Dünya / Bugün, 08:37

Rusiya ordusu Afrikaya girdi: İki baza MƏHV EDİLDİ

 

Rusiya hərbi mütəxəssisləri Mərkəzi Afrika Respublikası (MAR) ordusu ilə birlikdə iki bazanı məhv ediblər.

Demiryumruq.az Publika.az-a istinadən bu barədə məlumat verir.

Çad və Sudanla sərhəd yaxınlığında toqquşmalar baş verib. Silahlılar 28 dekabr seçkilərindən əvvəl ölkədəki sabitliyi pozmaq üçün Mərkəzi Afrika Respublikasına gəliblər. Onların bazaları patrul zamanı aşkar edilib və döyüşlər başlayıb. Terrorçuların bəziləri öldürülüb, qalanları isə sərhədi keçərək geri çəkilib.

Əməliyyat hazırda davam edir, əraziyə MAR Silahlı Qüvvələrindən əlavə qüvvələr yerləşdirilib və qonşu ölkələrə silahlıların fəaliyyəti barədə xəbərdarlıq edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.