Volqoqrad vilayətində gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumu qeydə alınıb.
Musavat.com xəbər verir ki, monitorinq resurslarının məlumatına görə, dron hücumu nəticəsində Lukoil-Volqoqradneftemalı neftayırma zavodunun ərazisində yanğın baş verib.
Qeyd olunur ki, hadisənin mümkün hədəfi məhz neftayırma müəssisəsi olub. Lakin regional hakimiyyət orqanları hələlik zavoda birbaşa zərbə endirilməsi ilə bağlı məlumatı təsdiqləməyib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində Volqoqrad vilayəti üzərində ümumilikdə 34 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.
Hadisə fonunda Rosaviasiya Volqoqrad hava limanında təhlükəsizlik məqsədilə “Kovyor” planını tətbiq edib. Məlumata görə, məhdudiyyətlər 25 dekabr saat 23:24-dən 26 dekabr saat 05:29-dək qüvvədə olub.