Dəmir yumruq » Dünya » Nigeriyada İŞİD terrorçularına zərbələr endirildi
Dünya / 26-12-2025, 07:49

Nigeriyada İŞİD terrorçularına zərbələr endirildi

 

ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən, Amerika Birləşmiş Ştatları Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına qarşı güclü hərbi əməliyyat həyata keçirib.

Bu barədə Tramp “Truth” sosial media platformasında məlumat verib.

Prezidentin sözlərinə görə, ABŞ əvvəlcədən terrorçulara xəbərdarlıq edib və xristianlara qarşı zorakılığı dayandırmazlarsa, cəzalandırılacaqlarını bildirib.

Tramp qeyd edib ki, hərbi departament bu gecə yalnız ABŞ-ın edə biləcəyi çoxsaylı hücumlar həyata keçirib.

“Mənim rəhbərliyim altında ölkəmiz radikal İslam terrorizminin çiçəklənməsinə imkan verməyəcək”, - deyə ABŞ Prezidenti əlavə edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.