Dəmir yumruq » Dünya » İsrail ordusu "Hizbullah"a PUA-lardan zərbələr endirdi, ölənlər var
Dünya / 26-12-2025, 07:47

İsrail ordusu "Hizbullah"a PUA-lardan zərbələr endirdi, ölənlər var

 

İsrail ordusunun Livanın şimalındakı Hoş əs-Seyid Əli yaşayış məntəqəsinə PUA-lardan endirdiyi zərbələr nəticəsində "Hizbullah" hərəkatının silahlı qanadının iki üzvü öldürülüb.
Bu barədə "Elnashra" xəbər portalı məlumat yayıb.
Məlumata görə, ölən döyüşçülər raket zərbələrinə məruz qalan avtomobildə olublar. Hər iki "Hizbullah"çı aldıqları yaralardan hadisə yerində keçiniblər.
Xəbərdə qeyd olunur ki, ölkənin şimal hissəsində, Suriya ilə həmsərhəd olan Hermel bölgəsi radikal qrupların əsas dayaq məntəqələrindən biridir. İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə noyabrın 22-də orada yerləşən bazalara zərbələr endirib.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.