Ukrayna Rusiyanın Temryuk limanını uzunmənzilli dronlarla hədəfə alıb.
Demiryumruq.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəsmisi “Reuters“ə deyib.
“SBU Rusiyanın neft və qaz sektorundakı təsisatlarını sistemli şəkildə hədəf almağa davam edir. Bu zərbələrin hər biri Rusiyanın büdcəsini vurur, xarici valyuta ehtiyatlarını azaldır və ordu üçün logistika, yanacaq təminatı məsələlərini mürəkkəbləşdirir”, - SBU rəsmisi qeyd edib.