Dəmir yumruq » Dünya » Cənubi Koreyanın kosmosa buraxdığı raket partladı
Dünya / 23-12-2025, 09:25

Cənubi Koreyanın kosmosa buraxdığı raket partladı

 

Cənubi Koreya şirkətinin Braziliyadakı stansiyadan kosmosa buraxdığı raket az sonra nasazlıq səbəbindən orbitə çıxa bilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Məlumata görə, raketin buraxılışı bu gün Bakı vaxtı ilə saat 05:13-də baş tutub.

Uçuş təxminən bir dəqiqə planlaşdırıldığı kimi davam edib: raket uğurla buraxılıb, cihazlar uçuş görüntülərini ötürüb, lakin sonra uçuşun plana uyğun getmədiyi məlum olub.

"Təhlükəsizlik prosedurlarına uyğun olaraq, missiya dayandırılıb", - deyə uçuşu həyata keçirən şirkətdən bildirilib.

Raketin partladığı və parçalarının təhlükəsiz yerə düşdüyü, heç kimin xəsarət almadığı qeyd edilib.


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.