Dəmir yumruq » Dünya » Türkiyə son tarixi göstərib xəbərdarlıq etdi: Bütün variantlar masadadır
Dünya / Bugün, 07:19

Türkiyə son tarixi göstərib xəbərdarlıq etdi: Bütün variantlar masadadır

 

PKK terror təşkilatının Suriya qanadı SDQ ilə Dəməşq rəhbərliyi arasında martın 10-da imzalanmış razılaşma üzrə verilən müddət dekabrın 31-də başa çatır. Razılaşma imzalandıqdan sonra SDQ-nin Suriya ordusuna inteqrasiyasına dair aparılan danışıqlarda irəliləyiş yoxdur.

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Dəməşqlə hesablaşmayan SDQ İsrailin dəstəyi ilə son 9 ay ərzində Suriyanın şimalında tez-tez ordu ilə toqquşmalara girib:

“Hadisələri yaxından izləyən Ankara ard-arda açıq mesajlar verərkən, SDQ terror təşkilatının prosesi uzatmaq üçün bəhanələr yaratmağa çalışdığı məlum olub.

Əldə etdiyimiz məlumata görə, razılaşma mətnində inteqrasiya prosesinin ən gec bu ilin sonuna qədər tamamlanmalı olduğu açıq şəkildə göstərilsə də, SDQ mətndə son tarixin bir olduğunu iddia edərək, prosesi 2026-cı il martın 10-dək uzatmağa çalışır. Başqa sözlə, SDQ-nin ilin sonuna qədər ordu və digər dövlət qurumlarına tam inteqrasiyasının təmin olunacağı gözlənilmir.

Türkiyə ilin sonuna qədər konkret addımların atılmasının vacibliyini vurğulayır. Prosesi yaxından izləyən Ankaradan gələn “tələsmək lazımdır” xəbərdarlıqlarından sonra SDQ-nin dekabrın 31-dək inteqrasiya ilə bağlı bir neçə kiçik addım ataraq prosesi uzatma yoluna gedə biləcəyi bildirilir. Türkiyə və Suriya isə birgə əməliyyat da daxil olmaqla, bütün variantları gündəmdə saxlayır”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.