Xəbər lenti
Dəmir yumruq » Dünya » Türkiyəli məşhurlar saxlanıldı - Narkotik əməliyyatı
Dünya / Bugün, 07:57

Türkiyəli məşhurlar saxlanıldı - Narkotik əməliyyatı

 

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik maddələrlə bağlı istintaq çərçivəsində tanınmış şəxslərə qarşı əməliyyat keçirilib.
 
Demiryumruq.az yerli mediaya istinadla xəbər verir ki, istintaq çərçivəsində müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və aktrisa İrem Sak saxlanılıb. Həmçinin evlərində tapılmayan Yusuf Güney, Melisa Döngel və Cihan Şensözlü barəsində axtarış elan olunub.
 
Digər tərəfdən, daha əvvəl həbs edilən sosial media fenomeni və sahibkar Sercan Yaşar ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gətirilib. Prokurorluqda verdiyi ifadədən sonra “peşmanlıq” müddəalarından yararlandığı üçün sərbəst buraxılıb.
 
Narkotik istintaqı çərçivəsində Hayyam Garipoğlunun oğlu, eyni zamanda Münevver Karabulutun qətli ilə tanınan Cem Garipoğlunun əmisi oğlu Kasım Garipoğlu və iş adamı Burak Ateş barəsində isə axtarış qərarı çıxarılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.