Qarabağ separatçılarının sonuncu lideri Samvel Şahramanyan istintaqa cəlb olunub.
Modern.az xəbər verir ki,vəkili Roman Yeritsyan onun hazırda Ermənistan İstintaq Komitəsi tərəfindən dindirildiyini bildirib.
Vəkil bildirib ki, növbəti dindirmə 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlıdır.
Vəkil bildirib ki, Şahramanyan 2025-ci ilin iyun və iyul aylarında bu iş üzrə artıq 12 dəfə dindirilib.