Dəmir yumruq » Dünya » ABŞ Venesuelanı tam blokadaya aldı – Tramp fərman imzaladı
Dünya / Bugün, 07:36

ABŞ Venesuelanı tam blokadaya aldı – Tramp fərman imzaladı

ABŞ Prezidenti Donald Tramp Venesuelaya daxil olan və çıxan bütün neft tankerlerinin tam blokadası barədə fərman imzalayıb. Fərman Donald Trampın “Truth Social” platformasındakı rəsm səhifəsində yayımlanıb. Sənəddə bildirilib ki, ABŞ bu addımı Maduro rejiminin qanunsuz fəaliyyətlərini dayandırması və ələ keçirilmiş ABŞ aktivlərini geri qaytarması məqsədilə atıb.

Demiryumruq.az “Reuters”ə istinadla xəbər verir ki, fərmanda Maduro rejiminin ABŞ-yə aid neft, torpaq və digər aktivləri qanunsuz ələ keçirdiyi və bu aktivlərin dərhal geri qaytarılması təmin olunması vurğulanır. Tramp həmçinin qeyd edib ki, Venesuela ABŞ-nin tarixində ən böyük hərbi kontingentlə ilə mühasirədədir və bu təzyiq rejimin fəaliyyətini dayandırana qədər davam edəcək. Blokadanın tətbiqi həm də narkotik ticarəti, insan alveri, terrorizm və digər qanunsuz fəaliyyətlərə qarşı tədbir kimi əsaslandırılır.

Ekspertlər bildirirlər ki, bu fərman həm beynəlxalq siyasətdə, həm də iqtisadi baxımdan Venesuela üçün ciddi təzyiq yaradacaq və ABŞ-nin regiondakı nüfuzunu gücləndirəcək.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.