Dəmir yumruq » Dünya » Təyyarənin mühərriki yandı, təcili eniş etdi – VİDEO
Dünya / Hadisə / 16-12-2025, 08:29

Təyyarənin mühərriki yandı, təcili eniş etdi – VİDEO

 

Rusiyanın "Nordwind Airlines" şirkətinə məxsus təyyarənin mühərriki uçuş zamanı alovlanıb.

Demiryumruq.az xəbər verir ki, hadisə Moskvanın Şeremetyevo hava limanında baş verib.

Təyyarə səhər saat 7-də Rusiya hava limanından Kubanın Kayo Koko adasına yola düşməli idi. Təyyarə sürətlənib havaya qalxanda sağ mühərrik alovlanıb. Pilotlar təcili eniş ediblər.

Texniki nasazlıq səbəbindən uçuş 11 saat təxirə salınıb və sərnişinlər təxliyə olunur.

Yanğınsöndürənlər və xilasedicilər hadisə yerində işləyirlər.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.