Dəmir yumruq » Dünya » Tokayevdən Xəzər dənizi ilə bağlı XƏBƏRDARLIQ
Dünya / Bugün, 09:31

Tokayevdən Xəzər dənizi ilə bağlı XƏBƏRDARLIQ

 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin dayazlaşmasının geri dönməz hala gələ biləcəyi barədə xəbərdarlıq edib.


Demiryumruq.az xəbər verir ki, Tokayev bu barədə Aşqabadda keçirilən "Sülh və etimad: davamlı gələcək üçün məqsədlərin birliyi" adlı plenar iclasda bəyan edib.

Tokayev Xəzərdəki vəziyyətə xüsusi diqqət ayırıb.

O xəbərdarlıq edib ki, regionun ekosisteminin hazırkı deqradasiya tempi ilə təhlükəli proseslər geri dönməz ola bilər və ekoloji, sosial-iqtisadi və hətta siyasi nəticələrin zəncirvari reaksiyasına səbəb ola bilər.
 

K.Tokayev xatırladıb ki, Qazaxıstan artıq Xəzər dənizi ekosisteminin dağılmasının qarşısını almaq üçün xüsusi dövlətlərarası proqramın hazırlanmasını təklif edib və dünya birliyini bu səyləri dəstəkləməyə çağırıb.


"Fikrimcə, su diplomatiyası sıx dövlətlərarası koordinasiya tələb edir", - deyə Prezident əlavə edib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.