Dəmir yumruq » Dünya » Rəsmi Kiyev prezident seçkilərinin şərtlərini açıqladı
Dünya / Bugün, 11:49

Rəsmi Kiyev prezident seçkilərinin şərtlərini açıqladı

 

Hakimiyyət istənilən zaman Ukraynada prezident seçkilərinə getməyə hazırdır, amma şərtlər var.

Demiryumruq.az xəbər verir ki, bunu Ukrayna “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

Bununla belə, o qeyd edib ki, hazırda seçkilərin keçirilməsi mümkün deyil.

O qeyd edib ki, həll edilməli üç məsələ var və bu məsələlər həlli taparsa hakimiyyət seçki keçirməyə hazırdır.

Onun sözlərinə görə, bunlardan birincisi təhlükəsizlikdir:

“Bunu birgə təmin etmək lazımdır. Təhlükəsizlik dedikdə ilk növbədə atəşkəs nəzərdə tutulur. Bu, Rusiyanın qəti şəkildə qarşı olduğu şeydir. Təsəvvür edin Kiyevdə insanlar səsvermə üçün toplaşır və birdən raket, dron hücumları olur…”

M.Podolyak qeyd edib ki, bu məsələlərdən ikincisi seçicilərin hüququnu təmin etməkdir:

“Ön cəbhə bölgələrində olan mülki insanlar və hərçilər var. Yəni bu bir milyon insandır. Onlar səsverməyə gəlmək və seçilmək hüququnu reallaşdıra bilməlidirlər. Əks halda bu natamam demokratiya olacaq. Onlar döyüşür, bu zaman kimsə kiməsə səs verir. Prezident deyir ki, hamının seçmək hüququ olmalıdır. Əgər aktiv döyüş əməliyyatları gedirsə, bu insanlar seçilmək hüquqlarını necə reallaşdıra biləcəklər?”

Üçüncü məsələ kimi M.Podolyak maliyyələşdirməni göstərib:

“Bizim büdcəmiz kəsirlidir. ÜDM-in 18 %-i – büdcə kəsiridir. Nəzərə almaq lazımdır ki, müharibədir, iqtisadiyyatın bir hissəsi dağılıb, şübhəsiz ki, infrastruktur da qismən dağılıb. Yəni seçkinin maliyyəsi olmalıdır.

Əgər ABŞ və Avropa təhlükəsizliyi və səsvermə hüququnu reallaşdırma hüququnu təmin etməyə və bu prosesi maliyyələşdirməyə hazırdırsa, buyurun, seçki keçirək”.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.