Sudanda "İl-76" hərbi yük təyyarəsi qəzaya uğrayıb.
Demiryumruq.az xəbər verir ki, bu barədə "Agence France Press" məlumat yayıb.
Məlumata görə, hava gəmisi texniki nasazlıq səbəbindən Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman-Diqna aviabazasına enişə cəhd edərkən qəzaya uğrayıb.
Hadisə zamanı bütün ekipaj üzvlərinin həlak olduğu bildirilir.
Təyyarədə olanların dəqiq sayı barədə məlumat verilməyib.