Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, təyyarədə yeddi ekipaj üzvü olub. Onların taleyi hələlik məlum deyil. "Shot" Telegram kanalının məlumatına görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus ola bilər.
Təcili yardım xidmətləri hadisə yerində işləyir və qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Qəza ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.