Dəmir yumruq » Dünya » Türkiyə Suriyaya QOŞUN YERİTDİ
Dünya / Bugün, 07:29

Türkiyə Suriyaya QOŞUN YERİTDİ

 

Türkiyə ordusu üç istiqamətdən Suriyaya daxil olub.

Demiryumruq.az "Karar" nəşrinə istinadən xəbər verir ki, Türkiyə hərbçiləri Afrin, Rasulayn və Hələbin şimalından irəliləyib.

Qeyd olunur ki, hərbçilər xüsusilə Münbiç xəttinə doğru irəliləyirlər.

Yerli KİV-lər yazır ki, Dəməşq hökuməti kürd qüvvələrinin nəzarətində olan Deyz-əz-Zora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib.

Türkiyə konvoylarında zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.