Dəmir yumruq » Dünya » Paşinyan qadağa qoydu: təhqirə təhqirlə cavab verməyəcəklər
Dünya / Bugün, 09:55

Paşinyan qadağa qoydu: təhqirə təhqirlə cavab verməyəcəklər

 

Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini tənqid edərkən artıq təhqiramiz ifadələrdən istifadə etməmək qərarına gəlib və müttəfiqlərini də eyni şeyi etməyə çağırıb.

Demiryumruq.az xəbər verir ki, Ermənistanın baş naziri sosial mediada hakim “Mülki Müqavilə” partiyanın üzvləri üçün "yeni standartlar" və davranış modelləri müəyyən edən etik kodeksin qəbul edildiyini bildirib.

Bundan sonra onlar hakim partiya üzvləri təhqirlərə və ya ədəbsiz dilə təhqirlərlə cavab verməməlidirlər. “Bu yeni davranış zəiflik əlaməti deyil, "davranış kodeksinin ən yaxşı standartlarına sadiqlikdir", - Paşinyan bildirib.

Əvvəllər həm baş nazirin, həm də onun komandasının üzvlərinin sərt sosial media paylaşımları dəfələrlə mənfi ictimai reaksiyalara səbəb olub.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.