Ukrayna müharibənin 1378-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Demiryumruq.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 175 030 hərbçi, 11 387 ədəd tank, 23 679 ədəd zirehli döyüş maşını, 34 768 ədəd artilleriya sistemi, 1 552 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 253 hava hücumundan müdafiə sistemi, 430 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 68 641 ədəd avtomobil texnikası, 86 141 ədəd PUA, 4 024 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 011 xüsusi avadanlıq itirib.