Dəmir yumruq » Dünya » Ayı şagirdlərə və müəllimə hücum etdi
Dünya / Dün, 08:30

Ayı şagirdlərə və müəllimə hücum etdi

 

Kanadada boz ayı məktəblərinin yaxınlığında gəzintiyə çıxan şagirdlərə və müəllimə hücum edib.

Demiryumruq.az xəbər verir ki, hadisə, Britaniya Kolumbiyası əyalətində baş verib.

Veronika Skuner adlı qadın, hücumdan sağ çıxan uşaqlar arasında onun 10 yaşlı oğlu Alvaresin də olduğunu bildirib.

Onun sözlərinə görə, müəllimlər şagirdləri qorumağa çalışıblar, lakin hücumun ən ağır yükünü kişi müəllim çəkib. O, hadisə yerindən vertolyotla təxliyə edilənlər arasında olub.

Zərərçəkənlərdən ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, daha iki nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daha 7 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Skuner, ayının ən azı üç uşağı yaraladığını söyləyib.

Ayının tələbələrə necə yaxınlaşdığı məlum deyil.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.