Dəmir yumruq » Dünya » Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı
Dünya / Dün, 06:51

Ukraynada Azərbaycan abidələrinin mühafizəsinə başlandı

 

Azərbaycanın Ukraynadakı səfirliyinə növbəti aviazərbədən sonra Kiyevdə Azərbaycan abidələrinin mühafizəsi işlərinə başlanılıb.

 Demiryumruq.az xəbər verir ki, bu barədə “SOCAR Ukrayna” şirkətinin əməkdaşı Andrey Pomiluyko məlumat yayıb.

“Kiyev şəhəri və Kiyev vilayətində Azərbaycan Respublikasına aid bir sıra abidələr mövcuddur. Məsələn, Kiyevdə Heydər Əliyev parkında Heydər Əliyev abidəsi, İrpen şəhərindəki Dostluq parkında Zərifə Əliyeva abidəsi, həmçinin Kiyevdə Nəsimi, Səməd Vurğun və Müslüm Maqomayevin abidələri var. Hazırda qeyd olunan monumentlərin alova davamlı brezentlə örtülməsi və ətrafına taxta karkasın quraşdırılması işləri aparılır. Abidələrin ön hissəsində isə onların konturlarını əks etdirən bannerlər yerləşdiriləcək”, - Pomiluyko bildirib.

Onun sözlərinə görə, işlərin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qoruyucu örtüklər Azərbaycan hökumətinin qərarı ilə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra çıxarıla bilər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.