Dəmir yumruq » Dünya » Xarkova DƏHŞƏTLİ HÜCUM: Yaralıların sayı artır
Dünya / Dün, 06:36

Xarkova DƏHŞƏTLİ HÜCUM: Yaralıların sayı artır

 

Rusiya ordusu Xarkov şəhərinə 18 “Şahed” tipli kamikadze dronu ilə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Yerli hakimiyyətin məlumatına görə, dronlardan biri çoxmərtəbəli yaşayış binasına, digəri isə “Silpo” supermarketinə düşüb.

Xarkov meri İqor Terexov açıqlamasında bildirib ki, yaralılar arasında 13 yaşlı uşaq da var.

Onun sözlərinə görə, şəhərdəki tibb müəssisələrindən birinin yaxınlığına da zərbə endirilib, nəticədə bir həkim yaralanıb.

Son məlumata əsasən, Xarkovda Rusiya “Şahed”lərinin zərbələri nəticəsində yaralıların sayı 32-yə çatıb.

Ukraynanın Fövqəladə Hallar Xidməti xəbər verir ki, yaralılar arasında 9 və 13 yaşlı iki uşaq, həmçinin 18 yaşlı bir qız da var.

Hadisə nəticəsində şəhərdə bir neçə yanğın baş verib, dağıntılar var.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.