Dəmir yumruq » Dünya » Ukrayna ordusu niyə geri çəkildi? - Ekspert səbəbini açıqladı
Dünya / 18-11-2025, 07:55

Ukrayna ordusu niyə geri çəkildi? - Ekspert səbəbini açıqladı

 

Şəxsi heyəti qorumaq müharibənin normal bir hissəsidir. Ona görə də onların müəyyən mövqelərdən geri çəkilməsi fəlakət deyil.

Demiryumruq.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Timoçko Ukrayna ordusunun Qulyapolye bölgəsindən geri çəkilməsini şərh edərkən bildirib.

O qeyd edib ki, bu qərar mühasirəyə düşməmək üçün verilib:

“Düşmən əsas qüvvələrinin hazırda Pokrovsk-Mirnoqrad aqlomerasiyası ərazisində olduğunu nəzərə alaraq, cinahlarını genişləndirməyə çalışır. Ruslar dumandan və digər şəraitdən istifadə edərək bu istiqamətdə xeyli artilleriya cəmləşdiriblər.

Vəziyyətin kiçik yaşayış məntəqələri daxilində baş verdiyini nəzərə alsaq, iri sənaye tikililərindən istifadə etməklə hər hansı sərt istehkam sistemi qurmaq mümkün deyildi. Düşmənin mövqelərimizdən yan keçməyə hazırlaşdığı barədə əlavə məlumat alınaraq, geri çəkilmək qərarı verildi".


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.