Dəmir yumruq » Dünya » Daha bir FETÖ əməliyyatı - Məmur və hərbçilər TUTULDU
Dünya / 18-11-2025, 07:51

Daha bir FETÖ əməliyyatı - Məmur və hərbçilər TUTULDU

 

Ankara Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 22 nəfərin həbsinə order verib.

Demiryumruq.az xəbər verir ki, saxlanılanlar arasında 8-i hazırda xidmətdə olan, 10-u isə işdən çıxarılmış və ya təqaüdə göndərilmiş hərbçilərdir. Digər 3 nəfər dövlət qurumlarının əməkdaşlarıdır.

Prokurorluğun məlumatına görə, həmin şəxslər FETÖ-nün “gizli xidmət” adlandırılan strukturu ilə əlaqələrdə ittiham olunur.

Araşdırmalar nəticəsində onların Ankara şəhərinin müxtəlif ərazilərində yerləşən stasionar telefon nömrələrindən istifadə edərək kuratorları ilə əlaqə saxladıqları müəyyən edilib.

Hazırda ölkənin 9 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyatlar aparılır və şübhəlilərin saxlanılması davam etdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.