Dəmir yumruq » Dünya » 44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan
Dünya / 17-11-2025, 07:56

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

 

Yenə də hücumla üz-üzəyik, amma bu dəfə mənəvi vətənimizi (kilsəni – red.) müdafiə edirik.

Demiryumruq.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu tanınmış erməni musiqiçi, siyasi fəal Vahe Beqoyan deyib.

O bildirib ki, Ermənistanda kilsəyə qarşı mübarizə özünün ən amansız mərhələsinə qədəm qoyub:

“Bu, müharibədir - əsl müharibə! Getdikcə 44 günlük müharibəyə daha çox bənzəyir: əsgərlər cəbhədə döyüşür, komandanlığın nə etdiyi məlum deyil. Bunkerlərdə nə ilə məşğuldular, bilinmir.

Müharibəni aparan generallardır; onlar yalnız müdafiəni təşkil etmirlər, həm də uğurlu hücumları planlaşdırırlar. İndi isə bu cür müharibənin yükü sadə ruhanilərin və kilsə yolunda canını fəda edən bir ovuc fəalın üzərinə qalıb.

Belə olmaz. Dəqiq hazırlanmış strategiya, aydın döyüş taktikası, ardıcıl və məqsədyönlü hücum əməliyyatları planı olmalıdır”.

V.Beqoyan erməni din xadimlərini Paşinyan hakimiyyəti ilə mübarizəyə çağırıb.

Qeyd edək ki, Ermənistanda kilsə, xüsusən bütün ermənilərin katolikosu II Qaregin Paşinyan hakimiyyətinə zidd mövqe sərgiləyir. Bu radikal qrup Azərbaycanla sülhün əleyhinə olmaqla yanaşı, revanşist ideyaların daşıyıcısıdır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.