Dəmir yumruq » Dünya » Dəməşqə raket yağdı – partlayışlarda ölənlər var
Dünya / Dün, 07:06

Dəməşqə raket yağdı – partlayışlarda ölənlər var

Suriya paytaxtı Dəməşqin Məzzə bölgəsinə ard-arda raket hücumları edildiyi bildirilir.

Demiryumruq.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi SANA bir hərbi mənbəyə istinadən yayımladığı məlumata görə, “paytaxtda həyata keçirilən xəyanətkar hücumda mobil platformadan buraxılan raketlərdən istifadə olunub”.

Xəbərdə yüngül xəsarət alan bir qadının xəstəxanada müalicə olunduğu bildirilib. Agentlik daha əvvəl Məzzə qəsəbəsində, Ər-Rəhman məscidi yaxınlığında şiddətli iki partlayış səsinin eşidildiyi açıqlanmışdı. Partlayışın mənbəyi isə hələ araşdırılır.

Qəsəbə 2023-cü ildən bəri bir neçə dəfə İsrailin hava zərbələrinin hədəfi olan və Məzzə Hərbi Hava Bazası da daxil olmaqla bir sıra mühüm hərbi obyektlərin yerləşdiyi ərazi kimi tanınır.

Bəzi xəbər agentlikləri partlayışların paytaxtdakı 86-cı Hərbi Bazanı hədəf alan İsrailin hava zərbələri olduğunu iddia edir. Lakin hazırda hadisənin səbəbinə dair rəsmi açıqlama verilməyib.

Hadisədə nəticəsində ölənlər və yaralananlar var.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.