Dəmir yumruq » Dünya » Pokrovsk işğal olunarsa... – Ukraynanı GÖZLƏYƏN TƏHLÜKƏ
Dünya / 12-11-2025, 07:53

Pokrovsk işğal olunarsa... – Ukraynanı GÖZLƏYƏN TƏHLÜKƏ

 

Xəbər verdiyimiz kimi, bu yaxınlarda internetdə rus qoşunlarının duman altında motosiklet və avtomobillərlə Pokrovsk bölgəsinə daxil olmasını əks etdirən video yayılıb.

Musavat.com-un xəbərinə görə, “The Telegraph” nəşri yazır ki, bu kadrlar strateji əhəmiyyətli nəqliyyat düyününün Ukraynanın cənub-şərqində çökə biləcəyinə dair qorxuları artırıb

Pokrovsk bir ildən artıqdır ki, mühasirədədir və Rusiyanın ölkənin şərqindəki hücumunun əsas bölgələrindən birinə çevrilib və cəbhə boyu gedən döyüşlərin təxminən üçdə birini təşkil edir. Şəhərdə yalnız yüzlərlə sakinin qaldığı dağıdılmış məhəllələr arasında döyüşlər evdən-evə davam edir.

Ukrayna mənbələri iddia edir ki, 300-ə qədər rus əsgəri Pokrovskda ola bilər və Moskva hava şəraitindən istifadə edərək təzyiqləri artırır. Hərbi analitik İvan Stupakın sözlərinə görə, şəhərin təchizat xətləri əngəllənir və müdafiə təqribən beş kilometr enində “dar boğaz” üzərində saxlanılır.

Ekspertlər vurğulayır ki, Pokrovsku itirmək Rusiyanın Ukraynada son iki ildə əldə edəcəyi ən böyük uğur ola bilər. Bu, rus qüvvələrinin şimal və qərbə doğru irəliləməsinə imkan yaradaraq, Donbasdakı Ukrayna Silahlı Qüvvələrinin müdafiə mövqelərinə ciddi təhlükə yaradar.

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.