Dəmir yumruq » Dünya » SON DƏQİQƏ! Rusiya Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ vurdu
Dünya / 11-11-2025, 09:33

SON DƏQİQƏ! Rusiya Ukraynaya DƏHŞƏTLİ ZƏRBƏ vurdu

 

Rusiya ordusu Ukrayna ərazisində F-16 tipli qırıcıların saxlandığı hərbi aerodroma zərbə endirib.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) yayıb.

Qurumun açıqlamasına əsasən, hücum Ukrayna kəşfiyyatının Rusiyaya qarşı planlaşdırdığı təxribatın qarşısını almaq məqsədilə həyata keçirilib. FSB bildirib ki, Kiyev tərəfi Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus MiQ-31 təyyarəsini ələ keçirmək üçün əməliyyat hazırlayırdı və bu plan ifşa olunduqdan sonra Moskva cavab addımı atıb.

Moskva rəsmiləri əməliyyatın “əks-təxribat xarakteri daşıdığını” vurğulayır. Ukrayna tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Hazırda regionda vəziyyət gərgin olaraq qalır və zərbə nəticəsində baş verən dağıntılarla bağlı dəqiq məlumatlar dəqiqləşdirilir.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.