Dəmir yumruq » Dünya » Yeniyetmə atışmanın qurbanı oldu – Güllə səhvən evə girdi
Dünya / Bugün, 09:56

Yeniyetmə atışmanın qurbanı oldu – Güllə səhvən evə girdi

 

ABŞ-də güllə səhvən pəncərədən keçərək yataq otağında video oyunlar oynayan 14 yaşlı oğlana dəyib.

Medianews.az xəbər verir ki, hadisə oktyabrın 8-də Sent-Luisdə baş verib.

Lisey şagirdi D'Uvon Morqan evdə olarkən çöldə atışma baş verib. İki güllə onun pəncərəsini sındırıb, onlardan biri ona dəyib. Hadisə yerinə gələn polis əməkdaşları Morqana ilkin tibbi yardım göstərsələr də, onu xilas edə bilməyiblər.

Müstəntiqlər hələ də atışmada iştirak edən şəxslərin kimliyini müəyyən edə bilməyiblər. Atəş açılan zaman uşağın anası evdə olub. O, bildirib ki, bir neçə yeniyetmə küçədə bir-birinə atəş açıb, sonra qaçıblar. 

Onların axtarışları davam edir. 

Morqanın bibisi hadisə ilə bağlı açıqlama verib: "Bizim ailəmiz heç vaxt əvvəlki kimi olmayacaq. Biz ədalət istəyirik. O, belə ölməyə layiq deyildi. Bu, tamamilə absurddur. Heç bir uşaq buna layiq deyil".

Demiryumruq.az


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.