Oktyabrın 22-də gecə saatlarında avtomobil sürücüsü Rumıniyanın paytaxtı Buxarestdə Rusiya səfirliyinin qapısını sındırmağa çalışıb.
Demiryumruq.az xəbər verir ki, bu barədə "Digi24" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hadisə Bakı vaxtı ilə təxminən saat 4 radələrində baş verib. Polis və məlumat xidmətinin (dövlət təhlükəsizliyi) əməkdaşları avtomobili bloklamağı və sürücünü saxlamağı bacarıblar.