Dəmir yumruq » Dünya » Putinlə görüşdə Əsədin ekstradisiyasını TƏLƏB EDƏCƏK
Dünya / Bugün, 10:48

Putinlə görüşdə Əsədin ekstradisiyasını TƏLƏB EDƏCƏK

 

Suriya prezidenti Əhməd əş-Şaraa sabiq lider Bəşər Əsədin mümkün cinayətlər üzrə məhkəməyə çıxarılması üçün rəsmi olaraq ekstradisiya tələb etməyə hazırlaşır.

Demiryumruq.az xəbər verir ki, bu barədə "Reuters" və "Al Wakeel News" mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, əş-Şaraa oktyabrın 15-də işgüzar səfərlə Moskvaya gələcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Kremlin məlumatına görə, tərəflər siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə Rusiya-Suriya əlaqələrinin indiki vəziyyətini və gələcək perspektivlərini, həmçinin Yaxın Şərqdə baş verən son hadisələri müzakirə edəcəklər.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.