Xarkov vilayətinin Kupyansk rayonundakı vəziyyət cəbhədəki Ukrayna ordusu üçün çox ağırdır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Vladislav Seleznev deyib.
O qeyd edib ki, düşmən şəhəri tamamilə ələ keçirmək cəhdlərini davam etdirir.
Onun sözlərinə görə, düşmənin bilavasitə Kupyanskda hərəkətinə daha çox diqqət yetirmək lazımdır.
Polkovnik bildirib ki, hazırda şəhər daxilində döyüşlər gedir, ruslar yavaş da olsa, irəliləyir:
"Vəziyyətin ciddiliyi ondadır ki, düşmən bu yaşayış məntəqəsini tam zəbt etmək üçün səylərini davam etdirir, çünki onlar üçün təkcə Kupyansk deyil, həm də Kupyansk-Uzlovaya nəzarəti ələ keçirmək çox vacibdir. Düşmən üçün maddi-texniki təminat prioritet məsələdir".