“Türk Hava Yolları”na məxsus təyyarənin sərnişini uçuş vaxtı intihar edib.
Bu barədə aviaşirkətdən məlumat verilib.
“Təyyarə havaya qalxdıqdan sonra tualetə daxil olan sərnişinin uzun müddət çıxmadığını görən heyət üzvlərindən biri narahat olub. Qapı sındırılıb, sərnişin çıxarılıb, ilkin tibbi yardım göstərmək istəsələr də, artıq gec olub”, - deyə THY-nin Mətbuat Xidmətindən bildiriblər.
Rəsmi açıqlamaya görə, təyyarə Əlcəzairin paytaxtına məcburi eniş edib. Həkimlər sərnişinin ölümünü təsdiqləyiblər.
Mənbə: Oxu.Az