Krımın keçmiş idman naziri Georgi Şestakın oğlu Ukraynada aparılan hərbi əməliyyatlarda öldürülüb. Bu barədə Krımın Güləş Federasiyasından məlumat verilib. Məlumata görə, 27 yaşlı Dmitri Şestak aprelin 7-də ölüb. Onun ötən ilin oktyabrından Rusiyanın işğalçı müharibəsində iştirak etdiyi bildirilib.