Roma Papası Fransisk Ukraynada 2 həftəlik atəşkəsin elan olunmasını təklif edib.
7News.Az KİV-ə istinadən xəbər verir ki, dini lider Pasxa bayramı ilə əlaqədar olaraq aprelin 9-dan etibarən döyüşlərin müvəqqəti dayandırılmasını istəyib.
Hələlik Rusiya və Ukrayna Roma Papasının təklifinə münasibət bildirməyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.