Xəbər lenti
Dəmir yumruq » Dünya » NATO ölkələri arasında Ukrayna mübahisəsi...
Dünya / 7-04-2023, 04:47

NATO ölkələri arasında Ukrayna mübahisəsi...

NATO ölkələri arasında Ukrayna mübahisəsi...





ABŞ, Almaniya və Macarıstan alyansın iyul sammitində Ukraynaya NATO-ya üzvlük üçün “yol xəritəsi” verilməsinin əleyhinədirlər.
Bu barədə “Faynənşl Tayms” nəşri bildirib.
Danışıqlarda iştirak edən adı açıqlanmayan rəsmilər jurnalistlərə bildiriblər ki, Polşa və Baltikyanı ölkələr Ukraynaya NATO ilə daha sıx əlaqələr və gələcək üzvlüklə bağlı aydın bəyanatlar təklif etmək istəyirlər. Lakin ABŞ, Almaniya və Macarıstan bu fikrə qarşı çıxır.
Nəşr qeyd edir ki, bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ultimatum verib: o, iyulda keçiriləcək NATO sammitində yalnız Ukraynaya müharibədən sonra üzvlüklə bağlı real sxem təqdim ediləcəyi təqdirdə iştirak edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.