Rusiya prezidenti Vladimir Putin general-polkovnik Nikolay Qreçuşkini vəzifəsindən azad edib. Bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata görə, o, Fövqəladə Hallar nazirinin müavini vəzifəsində çalışırdı. Qeyd edək ki, Putin martın 29-da nazirin digər müavini Aleksandr Çupriyanı vəzifəsindən azad etmişdi.