Filippində güclü zəlzələ qeydə alınıb. Xarici mətbuat xəbər verir ki, yeraltı təkanın episentri sahildən aralıda - dənizin dibində yerləşib. Rixter şkalası ilə 6.2 balla qiymətləndirilən zəlzələdən sonra itki və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.